• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni təxribatının qarşısı alındı - Brüsseldə

Erməni təxribatının qarşısı alındı - Brüsseldə
19.11.2016 12:30
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə 16-19 noyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da bu işdə yaxından iştirak edib.

Səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyi, federal və regional qanunverici orqanları və digər müvafiq təsisatlarına çatdırılıb.

Avropa erməni federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin "rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfəri öncədən geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub.

Bu xüsusda, Ermənistan və erməni lobbisinin əl-altısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin, B.Saakyanın iştirakı ilə "Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi” adı altında 19 noyabr tarixində "Hay Daun” erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da tamamilə ləğv edilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən foto sərgi və konsert ilə əlaqədar Brüsseldəki "Palais des Beaux Arts” sarayı və "Tour&Taxi” mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan bu tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər. Əldə olunan məlumatlara görə bu tədbirlərdə əsasən Belçikada yaşayan ermənilər olmaqla, xüsusi dəvət əsasında yalnız 100-ə yaxın adam iştirak edib.

Öncədən geniş təbliğatın aparılmasına baxmayaraq, bu uğursuzluq və iflasın fonunda indi rəsmi Yerevan, lobbist təşkilat olan Avropa erməni federasiyası və Ermənistan KİV-i susqunluğa üstünlük verir.

Ermənistan və Avropadakı erməni təşkilatlarının "lobbi diplomatiyası” siyasəti əsasında təşkil edilən bu kimi tədbirlər üçün erməni diasporasının sadə üzvləri aldadılaraq onlardan böyük məbləğdə pul yığılır. Sonradan bu pullar Ermənistanın siyasi rəhbərliyi, Bako Saakyan və onun ətrafı, eləcə də Avropada erməni federasiyasının rəhbər şəxsləri və erməni lobbisinin aləti olan bəzi Avropa siyasətçilərinin cibinə gedir.

Bu kimi mənasız və təxribatçı tədbirlərə əl ataraq beynəlxalq ictimaiyyəti və erməni xalqını aldatmaq əvəzinə, Ermənistan destruktiv siyasətinə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, substantiv danışıqlar vasitəsilə münaqişənin həllində və regionda davamlı sülhün bərqərar olmasında iştirak etməlidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol