• $
  • €
  • ₽
  • ₺
  • £

Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR

Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
29.05.2020 11:19
NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO Günləri” tədbiri çərçivəsində, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı nümayəndə heyətinə Azərbaycan-NATO hərbi əməkdaşlığı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramının Azərbaycan Silahlı Qüvvələrində tətbiqi və ölkəmizin NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı məlumat verilib, həmçinin NATO ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə NATO nümayəndə heyətinin diqqətinə regional təhlükəsizlik məsələləri də çatdırılıb.

Silahlı Qüvvələrdə "NATO Günləri” çərçivəsində NATO nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi, təlim-tədrisi prosesi və digər fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqlarla yaxından tanış olub.

Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.
 







www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol