• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələr yaradılacaq

Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələr yaradılacaq
25.11.2016 14:45
Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

ANN.Az Report-a istinadən xəbər verir ki, komitə sədri Fuad Muradov deyib ki, bu qanun layihəsi qəbul olunacaqsa, müsbətə doğru dəyişikliklər olacaq.

O bildirib ki, qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələrin yaradılması nəzərdə tutulub:
 
"Bunlar Terapevtik İstifadəyə İcazə Komitəsi, İntizam Komitəsi, Apellyasiya Komitəsidir. Bu komitələrin fəaliyyətləri müstəqil olacaq. Terapevtik İstifadəyə İcazə Komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq, terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın yekun qərarı hesab olunur. İntizam Komitəsi isə antidopinq qayda pozuntunlarına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək səlahiyyətinə malikdir”.

Komitə sədri qeyd edib ki, agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub:
 
"Müşahidə Şurası Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyət orqanlarının və məhkəmə hakimiyyətinin nümayəndələrindən ibarət olacaq”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol