• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB

İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB
27.11.2016 13:09
Bu gün Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Rusiya təhsil və elm naziri O. Vasilyevanıın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu bildirib.
 
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına qeyd edən dövlət başçısı deyib ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qoruyub, hətta daha da möhkəmləndirib. Bu, həm orta, həm də ali təhsil sahələrini əhatə edib. Rusiya təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil aldıqlarını xatırladan dövlət başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilinin almaq imkanın olduğunu nəzərə çatdırıb. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən prezident İlham Əliyev O. Vasilyevanıın Azərbaycanda olduğu dövrdə bu proseslərlə yaxında tanış olmaq imkanı olacağını söyləyib. Eyni zamanda ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.
 
 
Rusiya təhsil və elm naziri O. Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini qeyd edib. Rus dilinin inkişaf məsələlərinə toxunan O. Vasilyeva bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirib.
 
O. Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.
 
 
Görüşdə Azərbaycanda rus dilinin və Rusiyada azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olunub.  Rusiya-Azərbaycan Universitetləri Assosiasıyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışılıb, universitetlər arası əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
 
Söhbət zamanı iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi zəruri sayılıb. 
 
*** 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyevanı qəbul edib.
 
ANN.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol