Sərhəddə keçirilən "Sərhəd-sipər" əməliyyatı yekunlaşıb

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında keçirilən "Sərhəd-sipər” əməliyyatı başa çatıb.
ANN.Az xəbər verir ki, bu barədə APA-nın şimal bürosuna hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, noyabrın 21-də başlayan əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılıb. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaq olub.
Əməliyyatlar bir həftə davam edib. Aparılan əməliyyatlara bağlı şimal rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























