• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verildi

Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verildi
30.11.2016 12:55
Xarici İşlər Nazirliyi "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə dəyişiklik edib.
 
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli qanunu ilə "ASAN Viza” sisteminin nəzərdə tutulması ilə əlaqədar reqlamentdə dəyişiklik edilib.
 
Qanuna əsasən Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. "ASAN Viza” sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən ediləcək. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə veriləcək.
 
Beləliklə, bu reqlamentlə "http://evisa.mfa.gov.az” elektron ünvanında təqdim edilən elektron xidmət indiyə qədər turistlərə verilən elektron viza istisna olmaqla, Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edib. "ASAN Viza” sisteminin tətbiqi ilə əlaqədar isə bundan sonra bu reqlamentdən turistlərlə bağlı istisna hal çıxarılıb. Başqa sözlə, bu elektron xidmət ümumiyyətlə elektron viza istisna olmaqla, Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edəcək.
 
Digər dəyişiklik bu sahədə Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verilməsi ilə bağlıdır. İndiyə qədər elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Nazirliyin Konsulluq idarəsinə göndərilib. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılıb və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılıb. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.  Dövlət Təhlükəsizliyi Xidmətinin rəyi alındıqdan sonra, qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilib. Dəyişikliyə əsasən artıq sorğu həm razılaşdırmaq, həm də rəy alınması üçün  Xarici Kəşfiyyat Xidmətinə də göndəriləcək. //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol