Zakir Həsənov: "Xəzərdə beynəlxalq hərbi oyunları keçirməyə hazırıq”

"Azərbaycan gələn il Rusiyanın dəstəyi ilə "Xəzər kuboku" beynəlxalq hərbi oyunlarını keçirməyə hazırdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü zamanı deyib.
O, Azərbaycan hərbçilərinin məmnuniyyətlə beynəlxalq hərbi oyunlarda iştirak etdiyi vurğulayıb:
"Ümid edirəm ki, Rusiyanın texniki dəstəyi ilə "Xəzər Kuboku"nu Azərbaycanın ərazi sularında təşkil edəcəyik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























