Deputatlarımız Brüsselə gedir

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Rasim Musabəyov dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, millət vəkilləri "Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər. Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq Tərəfdaşlarının ərazilərində - Krım, Donbass, Transnistria, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda insan hüquqlarının və fundamental azadlıqların icrasına təsirini araşdırmaqdır.
Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət strukturlarının ekspertləri iştirak edəcəklər. Deputatlarımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.
Səfər dekabrın 9-da başa çatacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























