"Ermənilər Azərbaycan-İsrail əməkdaşlığına qısqanclıqla yanaşır" - Politoloq

Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana rəsmi səfər edəcək.
ANN.Az xəbər verir ki, Netanyahunun prezident İlham Əliyevlə görüşü baş tutacaq. Görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə olunacaq.
Netanyahunun Azərbaycana səfərini şərh edən politoloq Arzu Nağıyev ANN.Az-a bildirib ki, erməni tərəfi Azərbaycan və İsrail arasında olan münasibətlərə qısqanclıqla yanaşır:
"İsrail dünyada sözünü deyən və məxsusi dəst-xətti olan, anti-terror əməliyyatları aparan dövlətdir. Azərbaycanda da xeyli İsrail vətəndaşı yaşayır, eyni zamanda, İsrailin ölkəmizdə Beynəlxalq Assosiasiyası fəaliyyət göstərir. Bu səbəbdən də, ermənilər bu yaxınlığa qısqanclıqla yanaşır. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrail öz rolunu bildirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq müqavilələrinin mövcudluğu Ermənistanı ciddi narahat edən məsələlərdən biridir. Bununla yanaşı, Xocalı hadisəsi və digər hadisələrlə bağlı İsrail daim Azərbaycanı dəstəkləyən ölkə olub. İsrailin apardığı anti-terror əməliyyatları Azərbaycan tərəfindən də dəstəklənir. Baxmayaraq ki, bir sıra qonşu dövlətlər Azərbaycan-İsrail münasibətlərinin inkişafının əleyhinədir, lakin biz balanslı siyasət yürütməklə, dostluq və xarici əlaqələrimizi inkişaf etdiririk”.
A. Nağıyev bildirib ki, yəhudi icması ilə də münasibətlərimiz də yüksək səviyyədədir:
"Netanyahu səfər çərçivəsində yəhudi məktəbində Azərbaycanda yaşayan yəhudi icması ilə görüş keçiriləcək".
Politoloq qeyd edib ki, görüşün əsas məqsədlərindən biri də, məhz Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində Azərbaycanın barışdırıcı olmasıdır.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli, hərbi silah-sursat müqavilələri, kənd təsərrüfatı, nanotexnologiyalarla bağlı danışıqlar aparıla bilər.
Kamil Əmirli
Şəbnəm Cavadzadə
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























