GUAM ölkələrinin baş nazirlərinin növbəti görüşü keçiriləcək

GUAM-a üzv ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova baş nazirlərinin gələn ilin əvvəlində görüşü keçiriləcək.
ANN.Az xəbər verir ki, bu barədə Milli Məclisdə GUAM PA-nın 9-cu sessiyasında xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir bildirib ki, görüşün təşəbbüskarı Ukrayna tərəfi olduğundan baş nazirlərin görüşünün Kiyevdə keçirilməsi nəzərdə tutulub.
E. Məmmədyarov qeyd edib ki, görüşdə gündəmdə olan bir sıra məsələlər müzakirə olunacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























