"ASAN Viza" ilə bağlı dövlət rüsumu açıqlandı

Hazırda test rejimində fəaliyyət göstərən "ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, artıq əcnəbilər evlərindən çıxmadan, növbədə gözləmədə, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər.
Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.
Viza üçün dövlət rüsumu 20 dollar təşkil edir. Bu rüsum vizaya baxmaq üçün tələb olunur və heç bir halda geri qaytarılmır.
Elektron viza müraciətlərinin birnəfərlik, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10 və ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























