Ermənistanda yeganə Azərbaycan bayrağı olan yer - FOTO

Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ermənistanla Azərbaycan arasında bütün diplomatik münasibətlər pozulsa da, Ermənistanda bir yerdə Azərbaycan bayrağı dalğalanır.
Publika.az bildirir ki, həmin yer İrəvandakı "Ararat" konyak zavodunun sexlərindən birindədir. Bu bayraq "Sülh Çəlləklər"inin yanındakı yeganə Azərbaycan bayrağıdır.
Konyak dolu çəllək bura 1994-cü ildə, mayın 12-də Dağlıq Qarabağda gedən müharibənin dayandırılması məqsədilə atəşkəs haqqında Bişkekdə saziş imzalanandan sonra qoyulub.
Ermənilərin iddiasına görə, həmin çəlləyin ağzı Qarabağ münaqişəsi birdəfəlik həll olunandan sonra açılacaq. Hətta hamı bu çəlləyin tez açılmasını və oradakı konyakın içilməsini istəyir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























