Rusiya baş verən terrorun provokasiya olduğunu qəbul edir - Politoloq

"Kritik Moskva görüşündən bir gün əvvəl gözlərin Rusiya və Türkiyənin Suriya ilə bağlı İranı da oturdacaqları masaya dikildiyi, hər kəsin görüşdə hansı qərara gələcəklərini müzakirə etdikləri bir zamanda, paytaxt Ankaranın ən önəmli nöqtəsində rus səfirinə edilən sui-qəsd baş verdi".
ANN.Az xəbər verir ki, bunu politoloq Vüqar Zifəroğlu rusiyalı səfir Andrey Karlovun Ankarada sui-qəsd edilərək öldürülməsini şərh edərkən deyib:
"Elə bir sui-qəsd ki, veridyi mesajlar ap-açıq ortada: Türkiyənin paytaxtında, rus səfirinə, Rusiya paytaxtında keçiriləcək kritik görüşdən bir gün əvvəl,
"Hələb qisası” sloqanı ilə süs verilmiş bir qəsd.
Hər bir məqamı öz-özlüyündə bir mesaj!
Yazmışdım: Hələb hələ uzun müddət müzakirə predmeti olacaq və bu şəhərin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, hələ o demək deyil ki, onun haqqında fərqli xəbərlər eşitməyəcəyik.
Yaxın Şərq elə bir çıxmaza daxil olur ki, təsiri dünyanın hər nöqtəsində hiss ediləcək.
Birinci-dünya müharibəsi də belə sui-qəsdlə başlamışdı.
İndi hər şey Rusiyanın baş verənlərə nə dərəcədə olqun davranacağından asılıdır. Moskvadan gələn ilk açıqlamalar onu göstərir ki, Rusiya baş verən terrorun bir provokasiya olduğunu qəbul edir və baş verən olay Türkiyə ilə münasibətlərə təsir etməyəcək...
Tətikçinin arxasında hansı qüvvənin durduğu isə yaxın 1-2 gün ərzində aydınlaşacaq.
Hər halda ümid edək ki, Karlov 21-ci əsrin Ferdinandı olmayacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























