Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

Rusiyanın Azərbaycandakı səfirliyində bu ölkənin Ankarada qətlə yetirilmiş fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun xatirəsinə həsr olunmuş başsağlığı kitabı açılıb.
Rusiya səfirliyindən APA-ya verilən məlumata görə, kitabda 21 dekabr saat 10.00-dan 13.00-dək və 22 dekabr saat 10.00-dan 13.00-dək ürək sözlərini yazmaq olar.
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən məhv öldürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























