• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçu-kamikadzelər harada və necə hazırlanır? - Ekspertdən ŞƏRH

Terrorçu-kamikadzelər harada və necə hazırlanır? - Ekspertdən ŞƏRH
20.12.2016 17:25
Dünyanın bir çox yerində - Suriyada, Əfqanıstanda, Türkiyədə və digər ölkələrdə terror aktlarını törədən kamikadzelərin harada və necə hazırlandığı həmişə sual doğurub. Psixoloji təsir və ya məcburi şəkildə hazırlanan "canlı robotlar” (terrorçular) sanki onları idarə edən qüvvələrin əlində psixoloji silaha çevrilib. İstədikləri zaman, müəyyən etdikləri yerdə özlərini partladır və ya terror həyata keçirirlər.

Bəs, görəsən, terrorçu-kamikadzelər harada və necə hazırlanır? Kimlər bu insanlardan psixoloji silah kimi istifadə edir?

Bu sualları ANN.Az-a sabiq MTN əməkdaşı, polkovnik-leytenant İlham İsmayıl şərh edib.  
 

İlham İsmayıl
 
 
Onun sözlərinə görə, həmin terrorçulara və ya kamikadzelərə "canlı bomba” demək daha doğru olar:

"Onlar fərqli ölkələrdə müxtəlif cür hazırlanır. Məsələn, Fələstində bir cür, Əfqanıstda başqa şəkildə, Pakistanda tamamilə başqa formada hazırlanır. Əfqanıstanda "canlı bomba” kimi heç vaxt qadınlardan istifadə edilmir. Lakin Fələstində və digər ərəb ölkələrində əsasən, ailə üzvlərini itirmiş qadınlar terror aktları üçün seçilir. Pakistanda belə terrorçuları hazırlamaq üçün xüsusi təlim keçirilən yerlər var. İran digər ölkə vətəndaşlarından olanları seçir və onlara xüsusi maliyyə ayırır. Lakin İran öz vətəndaşlarından "canlı bomba” kimi istifadə etmir”. 

"Azərbaycanda "canlı bomba” kimi özünü partlatma halları yoxdur. Amma bizdə bəzi vətəndaşların din adı altında Suriyaya göndərilmə faktları mövcuddur. Suriyaya gedən şəxs vuruşacağını və öləcəyini bilir. Həmin şəxslər beyinləri "yuyulmuş” adamlardır. Onlar şəhid olacağını, sanki cənnətə düşəcəklərini düşünürlər. O şəxslərə təlim keçənlər onlara "sən get ora, özünü öldür” demir. Onlar deyirlər ki, insanlar şəhid olmalıdır. Və ya yaxud da, bu əməli tutumaqla cənnətə düşəcəklərini deyərək, onları bir növ ələ alırlar. Azərbaycanda bu şəxslərin hazırlanmasında xüsusi qrup və ya dəstə yoxdur. Əgər, bizdə də xüsusi təlim yerləri olsa, qarmaqarışıqlıq düşərdi”, - deyə sabiq MTN əməkdaşı əlavə edib.
 
İlham İsmayıl sonda qeyd edib ki, terraktlarda iki formada "canlı bomba”lar olur:

"Fərdi "canlı bomba”larla yanaşı, xüsusi təlim keçən "canlı bomba”lar mövcuddur. Təlim keçənlərin də öz yolları var: Din və qisas xətti ilə cinayətləri həyata keçirmək. Terror aktının törədilməsini boynuna götürənlər zombiləşdirilmiş insanlar adlandırmaq da olar. O yerdə ki, təlim mərkəzləri var, orada həmin terorrçuları zombiləşdirirlər. Tək başına qərar verib, fərdi qaydada hərəkət edib,  özünü partladan terrorçuların əsas məqsədi qisas xarakterlidir. Yəni, onlar terror törətməklə kimlərdənsə, bir növ qisaslarını almış olur. Onlarda heç bir zombiləşmə yoxdur. Adətən, Fələstində belə hallara daha çox rast gəlinir”.
 
Orxan Aslanlı



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol