Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Rusiyanın Azərbaycandakı səfirliyində Suriyaya istiqamət almış "Tu-154” təyyarəsinin qəzaya uğraması və hadisə nəticəsində 92 nəfərin dünyasını dəyişməsi səbəbilə dövlət bayrağı endirilib.
ANN.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım” xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.
Qəza ilə bağlı cinayət işi başlanılıb. Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























