Ermənistanın biri zabit olmaqla 3 hərbçisi ölüb

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.
ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovanisanyan məlumat verib. O, bildirib ki, hərbçilər Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı ölüblər. Onların 2-si əsgər, digəri isə zabit olub.
Ovannisyanın sözlərinə görə, atışma zamanı bir azərbaycanlı hərbçisi öldürülüb, onun cəsədi Ermənistan tərəfində qalıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Rusiyanın TASS agentliyinə bildirib ki, sərhəddə döyüşlərin getdiyi barədə informasiyaya malik deyil.
"Bu barədə hər hansı rəsmi məlumat yoxdur. Əgər məlumat olsa Müdafiə Nazirliyi rəsmi kanallarla yayacaq”–Dərgahlı bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























