Silahlı Qüvvələrdə "Açıq qapı" günü

Müdafiə Nazirliyinin hərbi hissələrində "Açıq qapı” günü keçirilib.
ANN.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.
Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı” günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























