"Erməni tərəfi dezinformasiya yaymaqda davam edir" - MN

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yaymağa davam etdiyini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya sərhəddə növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.
"Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir". - deyə MN-dən bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























