İlham Əliyev fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişinin təsdiqi barədə fərman imzalayıb.
Fərmana görə, Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi təsdiq edilir. Azərbaycan İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərməlidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























