• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistan rəhbərliyi danışıqların qarşısını almağa çalışır

XİN: Ermənistan rəhbərliyi danışıqların qarşısını almağa çalışır
03.01.2017 14:32
"Ermənistan sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi, Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı”

"Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın siyasi-hərbi rəhbərliyi yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır”.   
 
ANN.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın ictimai-siyasi və diaspora dairələrində münaqişənin həlli ilə əlaqədar səsləndirilən bəyanatlar, Ermənistan rəhbərliyi və xarici işlər nazirinin açıqlamalarına münasibət bildirərkən deyib.

H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsi deyil, Ermənistanın danışıqlarda iştirakı yalnız imitasiya məqsədi daşıyır:
 
"Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüz və işğala əsaslanan mövcud status-kovunu saxlamağa xidmət edən siyasət yürüdür. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsələr də, Ermənistan buna məhəl qoymur və münaqişənin həllinin əsasını təşkil edən bu kimi köklü məsələdən yayınmaq üçün yeni-yeni təxribatlara əl atır”.
 
XİN mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat da rəsmi Yerevanın törətdiyi növbəti təhlükəli avantüradır:
 
"Ermənistanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının çətirinin arxasında gizlənmək və KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regional sülh və təhlükəsizliyi, münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları ciddi təhdid altına qoyur. 
 
Ermənistanın bu sərhəd insidenti ilə əlaqədar dərhal dezinformasiya xarakterli təbliğata başlaması, biri-digərini təkzib edən bəyanatlar verməsi və KTMT-nin artıq sabiq baş katibi Nikolay Bardyujanın məsuliyyətsiz, hər hansı araşdırma aparmadan və tələm-tələsik açıqlaması bu təhlükəli avantüranın əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirildiyini bir daha təsbit edir. Ssenari sanki Ermənistanın təxribat və təhriki ilə keçən ilin aprelində qoşunların təmas xəttində baş vermiş gərginliyi, hələ 1988-ci ildə törədilmiş Sumqayıt hadisələrini xatırladır.
 
Çox güman ki, Ermənistan tərəfi sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi. Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı. Bu təxribatın qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun cəsədini Ermənistan tərəfə aparan rəsmi Yerevan bundan öz dezinformasiya məqsədləri üçün istifadə etmək kimi çirkin məqsədlər güdür. Ona görə də beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətlərə baxmayaraq, Çingiz Qurbanovun nəşinin qaytarılmasına Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq hələ də imtina edir.
 
Bu kimi təhlükəli avantüralar əvəzinə Ermənistanın rəhbərliyi Ermənistanın ictimaiyyətində olan sağlam düşüncəli insanların çağırışlarına, beynəlxalq ictimaiyyətin tələblərinə riayət edərək münaqişənin sülh yolu həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxararsa, regionda bir o qədər də tez sülh, sabitlik bərqərar olar və ilk növbədə Ermənistan xalqı yaranacaq yeni regional əməkdaşlıq imkanlarından faydalana bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol