• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozur

XİN: Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozur
05.01.2017 14:25
Ermənistan beynəxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur və erməni təxribatı nəticəsində həlak olmuş hərbi qulluqçumuz Çingiz Qurbanovun meyitini hələ də geri qaytarmayıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bununla əlaqədar Azərbaycan XİN digər aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq beynəlxalq təşkilatlara müraciətlər göndərib, lakin Ermənistan tərəfi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı müraciətləri cavabsız qoyur və öz qeyri-insani simasını nümayiş etdirməkdə davam edir:

"Bu təxribat bir daha onu göstərdi ki, regionda sülh üçün ən böyük təhlükə məhz Ermənistanın hərbi-siyasi rejimidir. Ermənistanın belə təxribatlarının əsl məqsədi münaqişənin həllinə imkan verməmək və vəziyyəti gərginləşdirməkdən ibarətdir. Qoşunların qarşıdurma xəttində baş verən təxribatların arxasında bilavasitə Ermənistan durur”.

H.Hacıyev əlavə edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etməklə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlara ciddi zərbə vurur:

"Bu gün Ermənistanda və erməni diaspor dairələrində bir sıra sağlam düşüncəli qüvvələr münaqişənin həlli ilə əlaqədar pozitiv və konstruktiv fikirlərlə çıxış etsələr də, Ermənistanın hərbi-siyasi rejimi buna imkan vermir. Ermənistanın Xarici İşlər Nazirliyi və digər rəhbər şəxslərinin son açıqlamaları da bir daha bunun bariz nümunəsidir ki, Ermənistan regionda öz aqressiv siyasətini davam etdirir və bunun da mahiyyəti Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və mövcud status-kvonun saxlanmasıdır”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. //Trend

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol