• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı səfir Aİ ilə əməkdaşlıqdan danışdı

Azərbaycanlı səfir Aİ ilə əməkdaşlıqdan danışdı
10.01.2017 11:35
"Azərbaycan Avropa İttifaqının tarixində tərəfdaş ölkə qismində bu quruma sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkədir. Bu, əvvəllər baş verməyib, çünki adətən Aİ sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir. Bizim münasibətlərin gələcəyinə dair fikrimiz ondan ibarət idi ki, bu münasibətlər strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr olmalıdır. Bunlar Riqa zirvə görüşü zamanı Avropa Komissiyasına təqdim edilmiş yeni sənəd layihəsinin əsas elementlərindən idi”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri "EurActiv” portalına müsahibəsində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.
 
Səfir bildirib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı” çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və digər müxtəlif sahələrdə Aİ-nin həqiqi tərəfdaşına çevriləcək:
 
"Biz bu əməkdaşlıqdan hər hansı möcüzə gözləmirik, bizim buna dair çox praqmatik yanaşmamız var. Anlamaq lazımdır ki, siyasi dialoqun bütün elementləri çox möhkəm əsaslara arxalanmalıdır. Məsələn, Avropaya gedən Cənub Qaz Dəhlizi bizim əməkdaşlıq üçün hazırda və gələcəkdə çox yaxşı təməl rolunu oynayır. Azərbaycan həm də coğrafi cəhətdən Asiya və Avropa üçün aşkar nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən siyasi dialoq üçün çox möhkəm əsasımız var. Məncə, bu proseslər sinxronlaşdırılmalıdır və bu səbəbdən, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycanla danışıqların aparılması üçün mandat verilməsi bizi sevindirir. Ümid edirik ki, danışıqlar tezliklə başlayacaq. Danışıqlar çətin ola bilər, lakin əminəm ki, növbəti aylarda nəticələr bilinəcək”.
 
Azərbaycan üçün birbaşa Avropa İttifaqı ilə, yoxsa quruma üzv olan ölkələrlə ayı-ayrılıqda əməkdaşlıq etməyin daha önəmli olduğu barədə suala F. İsgəndərov belə cavab verib:
 
"Bu yanaşmanı hazırda bu cür ziddiyyətli formada qoymaq istəməzdik. Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətlərimiz yoxdur, hətta bəzi ölkələrlə strateji tərəfdaşıq. Ölkələrin bir çoxu ilə ikitərəfli müstəvidə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik. Biz hal-hazırda yardım axtarışında deyilik. İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır. Əmin deyiləm ki, Aİ institutları ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri bir layihənin həyata keçirilməsi mümkün olaydı. Buna görə də Aİ qurumları ilə paralel olaraq üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. Aİ-nin hal-hazırda üzləşdiyi ciddi təhlükələrlə bağlı deyərdim ki, bu təhlükələrin bir qismi qonşuluqdan gəlir. Bu səbəbdən də avropalı dostlarımıza təklifimiz üzv ölkələr, qonşu ölkələr, xüsusilə qonşu müsəlman ölkələri ilə birgə əməkdaşlıq etməkdən ibarətdir. Azərbaycan doğma Avropanın dəyərlərini qorumaq naminə bu cür əməkdaşlığa hazırdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol