Aİ Azərbaycanın çağırışlarını dəstəkləyib

"Biz ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən qanlı toqquşmadan xəbərdarıq”.
ANN.Az xəbər verir ki, bu barədə APA-ya Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən baş verən hadisədən narahatlıq ifadə olunub:
"Bu baxımdan biz tərəfləri atəşkəsə hörmət etməklə bağlı çağırışımızı təkrarlamaq istərdik.
Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik. Onların yanvarın 9-da bu məsələnin istisnasız olaraq humanitar xarakterli olmasını nəzərə alaraq 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq insan qalıqlarının geri qaytarılması ilə bağlı çağırışlarını dəstəkləyirik. Beynəlxalq humanitar hüquqa hörmətlə yanaşılmalıdır”.
Mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber bu il də regiona davamlı səfərlər həyata keçirmək, Azərbaycan və Ermənistanda yüksək səviyyəli məsləhətləşmələr aparmaq niyyətindədir:
"Bu məsləhətləşmələr Azərbaycan və Ermənistanda ali şəxslərdən birbaşa informasiya almaq baxımından Aİ və ona üzv ölkələr üçün çox faydalıdır. Biz həqiqətən ümid edirik ki, bu il münaqişənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli addımlar görəcəyik və bu kimi səylərə töhfə verməyə hazırıq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























