• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Azərbaycanın bugünkü uğuru məqsədyönlü səylərin nəticəsidir"

İlham Əliyev: "Azərbaycanın bugünkü uğuru məqsədyönlü səylərin nəticəsidir"
13.01.2017 10:47
Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

İlham Əliyev bildirib ki, energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə ölkənin potensialını yüksəltməyib, regional və beynəlxalq əməkdaşlığa da imkan verib:

"Bununla əlaqədar olaraq, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Bu layihə çərçivəsində "Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə - 72 faiz, Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə - 60 faiz və Transadriatik qaz kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi başa çatdırılıb".

Dövlətimizin başçısı vurğulayıb ki, təsdiq edilmiş ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan "Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol