Cəbhədə erməni kəşfiyyatçı öldürüldü

Hərbi mənbələrdən verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən mövqelərindən birində erməni kəşfiyyatçı zərərsizləşdirilib.
1news.az-a mənbədən verilən xəbərə əsasən, hadisə yanvarın 17-də gecə baş verib.
Belə ki, erməni kəşfiyyatçı gecə görmə qurğusu ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə edirmiş. Həmin an kəşfiyyatçı müəyyən edilərək məhv edilib.
Hadisədən iki gün keçməsinə baxmayaraq, erməni tərəfi ictimaiyyətdən əsgərin ölümünü ciddi səylə gizlədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























