Xəzərin statusu ilə bağlı növbəti iclası keçiriləcək - Bakıda

"Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək”.
APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq:
"Eyni zamanda, konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq. Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























