"Aİ ilə danışıqlar üçün nümayəndə heyəti formalaşdırılır - Nazir müavini

"Yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması üzrə danışıqlar başlayacaq”.
APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşma prosesinin davam etdiyini bildirib.
Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların da davam etdiyini və Cenevrədə ilin birinci yarısında növbəti görüşün keçirilə biləcəyini söyləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























