• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq
20.01.2017 16:25
Vyetnamın Prezidenti Çan Dai Quanq Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının həmsədri, energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən azvision.az-a verilən xəbərə görə, görüş zamanı N.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Vyetnamın dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Çan Dai Quanqı Azərbaycana səfərə dəvət etdiyini xatırladaraq, yaxın gələcəkdə bu səfərin baş tutacağına ümid etdiyini və bunun iki ölkə arasında böyük hadisə olacağına əminliyini bildirib.

Hazırda ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirən nazir bu xüsusda 2014-2015-ci illərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin tarixində yeni səhifə açdığını qeyd edib. O, Hanoyda Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının ilk iclasının uğurla keçdiyini söyləyib və bunun ikitərəfli əməkdaşlığın sürətli inkişafına güclü təkan verəcəyinə əminliyini ifadə edib.

Vyetnamın dövlət başçısı Çan Dai Quanq öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib. Dəvətə görə bir daha minnətdarlığının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edən Prezident Çan Dai Quanq yaxın gələcəkdə Azərbaycana səfərin mümkün olacağına ümidvar olduğunu bildirib. O, öz növbəsində Azərbaycan Prezidentini Vyetnama səfərə dəvət edib.

Dövlət başçısı iki ölkə arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vyetnamın keçmiş Prezidenti Xo Şi Minin rolunu xüsusi vurğulayıb. O, həmçinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın hazırkı inkişafından məmnunluğunu ifadə edərək, hökumətlərarası komissiyanın ilk iclasının ticari-iqtisadi əməkdaşlıqla yanaşı, təhsil, xalq diplomatiyası, mədəniyyət, turizm, enerji sahələrində əməkdaşlığa da öz töhfəsini verəcəyinə inandığını deyib.

Prezident Çan Dai Quanq Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar cari ildə hər iki ölkədə müvafiq tədbirlərin keçirilməsini tövsiyə edib.

Azərbaycanın energetika naziri N.Əliyev ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib və bu sahədə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişafı üçün Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının vacibliyini bildirib, məsələnin yaxın gələcəkdə həllini tapacağına ümidvar olduğunu deyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol