• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA
23.01.2017 13:07
"Lider” TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun Kremlin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrova Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ haqqında verdiyi sual bəzi dairələrdə narahatlıqla qarşılanıb. 

Məhz bu səbəbdən jurnalisti telekanaldan uzaqlaşdırıblar. Jurnalistin işdən çıxarılması üçün təqdimatın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan gəldiyi bildirilir.

Yayılan məlumata görə, səfir jurnalisti  "təxribatçı sual” verməkdə ittiham edib.

Məsələ ilə bağlı Modern.az saytı Polad Bülbüloğlu ilə əlaqə saxlamağa çalışıb. Səfir telefon zənglərini cavabsız qoyub. Səfirlikdən Polad Bülbüloğlunun ezamiyyətdə olduğu bildirilib. 

Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada jurnalistin işdən çıxarılması ilə bağlı Azərbaycan mediasında yayılan xəbərlərə aydınlıq gətirilib.

"Bununla bağlı sadəcə, bir kəlmə onu deyə bilərik ki, Azərbaycanın Rusiyadakı səfirliyi olaraq burada, yalnız diplomatik fəaliyyətlə məşğuldur. 
Hansısa televiziya kanalının əməkdaşının işdən çıxarılması ilə bağlı qərarı isə həmin kanalın rəhbərliyi verir. Ona görə də xahiş edirik, nə sualınız varsa, "Lider”  telekanalının rəhbərliyinə və mətbuat xidmətinə ünvanlayasınız”.

Qeyd edək ki,  həmkarımzın Lavrova ünvanladığı sual belə olub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”.
Xarici işlər naziri Sergey Lavrovun cavabı isə bu olub.

 "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol