• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis beynəlxalq təşkilatlara bəyanat ünvanladı

Milli Məclis beynəlxalq təşkilatlara bəyanat ünvanladı
23.01.2017 15:31
Milli Məclisin İnsan hüquqları komitəsi dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı nəşi Ermənistan tərəfdə saxlanılan əsgərimizə qarşı göstərilən qeyri-insani münasibəti ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT, Avropa Şurası, Qızıl Xaç Komitəsinə göndərilən bəyanatda deyilir:
 
"25 ildən artıqdır Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir. 2016-cı il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir.
 
Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının baş katibi cənab Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırıblar. Onlar bu məsələdə beynəlxalq hüquq normalarının əsas götürülməsinin zəruriliyini bildirərək, ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan tərəfinin haqlı tələbini tam dəstəklədiklərini qeyd ediblər. Lakin edilmiş müraciətlərə baxmayaraq, Ermənistan Qarabağ döyüşlərində istifadə etdiyi praktikanı  - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaqla Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir.
 
Hesab edirik ki, beynəlxalq hüquq normalarını, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və digər beynəlxalq aktların tələblərinə etinasızlıq göstərən Ermənistan Respublikasının qeyri-humanist hərəkətlərinə beynəlxalq birlik qəti və aydın münasibətini bildirməklə yanaşı problemin həllinə nail olmalıdır. Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsi müvafiq beynəlxalq təşkilatları Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməyə, işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırır”.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol