• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistanın siyasi sistemində çalışanlar səviyyəsi istehza doğurur" - XİN

"Ermənistanın siyasi sistemində çalışanlar səviyyəsi istehza doğurur" - XİN
24.01.2017 12:47
Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın dediklərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, dövlətimizin başçısı "N” saylı hərbi hissənin açılışı zamanı etdiyi məzmunlu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq münaqişənin həllinin çox sadə olduğunu və bunun üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğuladı:

"Dövlət başçısı heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini qəti şəkildə bir daha bildirdi: "Əgər kimsə utopik xülya ilə yaşayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin müstəqilliyini gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq!"

XİN rəsmisi bildirib ki, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan mövqeyi qəti və birmənalıdır:

"Ermənistan prezidentinin tərxis olunmuş əsgərlərlə görüşündə "Əgər topraqlar geri qaytarılsa, mən sizin gözlərinizə necə baxaram?" deməsi yalnız ikrah doğurur. Bəs, görəsən, Ermənistan prezidenti məhz onun yürütdüyü hərbi avantüra nəticəsində cəbhədə həlak olmuş erməni əsgərlərin və əsgər valideynlərinin gözlərinə necə baxır? Ermənistanın hərbi diktatura rejiminin yürütdüyü siyasətin Ermənistanı uçuruma apardığı, Ermənistan xalqını və erməni gəncləri gələcəkdən məhrum etdiyi hər kəsə aydındır. Görəsən, buna görə vicdan əzabı çəkirmi?

H.Hacıyev bildirib ki, o ki qaldı Ermənistan xarici işlər nazirinin müavininin açıqlamasına, həqiqətən Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur:

"BMT nizamnaməsi və xalqların öz müqəddəratını təyin etmə prinsipinin haradasa adını eşidən Ermənistan XİN-in nümayəndəsi hələ də anlamır ki, qanlı etnik təmizləmə, işğal və təcavüz törədərək onun nəticəsində yaradılmış vəziyyəti öz müqəddəratı kimi təqdim etmək beynəlxalq hüququn prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyin etmə prinsipinin tələblərinə, mahiyyətinə və fəlsəfəsinə ziddir. Sözügedən şəxs öz ixtisasına uyğun olaraq biologiya ilə məşğul olsaydı, Ermənistan üçün bəlkə daha faydalı olardı. Ermənistan xalqı Ermənistan idarəetmə sistemində kimlərin çalışdığını yəqin ki özü görür".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol