Rusiya Dövlət Duması Azərbaycanla iclas keçirəcək

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib.
Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski 2017-ci il üçün parlamentlərarası əməkdaşlıq prioritetlərinin MDB və BRİKS ölkələri olacağını söyləyib. Dumanın MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov MDB xətti ilə keçiriləcək tədbirlərin artdığını bildirib.
O, Dövlət Dumasının 2017-ci ildə Azərbaycan və Qırğızıstanda birgə iclaslar keçirəcəyini söyləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























