• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA Azərbaycanın ərazi bütövlüyü təsdiqlədi

AŞPA Azərbaycanın ərazi bütövlüyü təsdiqlədi
29.05.2020 08:43
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının günün ikinci yarısında keçirilmiş plenar iclasının əsas müzakirələri Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Aryevin hazırladığı "Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatı ətrafında aparılıb. 

ANN.Az APA-ya istinadən xəbər verir ki, hesabatda Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd edilən müddəa erməni nümayəndə heyəti üzvlərinin əsassız etirazlarına səbəb olub.
 
Onlar hesabatdakı sözügedən 9-cu bəndin çıxardılması üçün hesabata üç əlavə və dəyişiklik irəli sürüblər. Hesabat ətrafında çıxış edən Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Samvel Farmanyan məruzəçi Volodimir Aryevi Azərbaycan əsilli olması haqqında Azərbaycan KİV-lərində dediklərini təkrarlamaqla onu yenidən qeyri-obyektivlikdə ittiham etməyə cəhd ediblər. Volodimir Aryev isə bu bəndin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə dair qəbul olunmuş sənədlərə əsasən hesabata saldığını vurğulayaraq, ona qarşı belə təzyiqlərin edilməsini qəbuledilməz olduğunu bildirib.
 
Daha sonra, qətnamə ətrafında gedən səsvermələrdə erməni tərəfinin hesabatın 9-cu bəndinin çıxardılmasına və dəyişdirilməsinə yönəlmiş cəhdlərinə baxmayaraq, təklif etdikləri bir-birini təkrarlayan üç əlavə və dəyişikliklərin heç biri qəbul edilməyib. AŞPA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi - yəni, Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Sonda Volodimir Aryevin təqdim etdiyi qətnamə tam şəkildə səsə qoyularaq, səs çoxluğu ilə qəbul edilib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol