• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid əsgərimizin nəşinin qaytarılması tələb edildi

Şəhid əsgərimizin nəşinin qaytarılması tələb edildi
01.02.2017 18:47
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında Ermənistandan ötən ilin sonlarında şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşinin qaytarılması tələb edilib.

Trend-in məlumatına görə, deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərinə əməl etməli və əsgərimizin nəşini Azərbaycana verməlidir: "Biz Ermənistandan Azərbaycan əsgərinin nəşini qaytarmağı tələb edirik”.

A.Mirzəzadə bildirib ki, Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, onun üçün bir o qədər yaxşı olar: "1991-ci ildə Azərbaycanın 7 milyon, Ermənistanın isə 4 milyon əhalisi var idisə, indi Ermənistanda əhalinin sayı 2 milyondur, ancaq Azərbaycanda əhalinin sayı artıq 10 milyona çatıb. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq və regional layihələrin təşəbbüskarı kimi çıxış edir. Ancaq Ermənistan kiçik kreditlər üçün Avropa ölkələrinin qapılarında qalıb. Biz Ermənistana öz taleyini düşünməyi məsləhət görürük. Ümid etmək istəyirəm ki, Ermənistan nəhayət, normal bir təfəkkürə qayıdacaq”.

Deputat Qənirə Paşayeva da şəhid əsgərimiz Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən hələ də geri qaytarılmamasına diqqət çəkib və Ermənistanın şəhid əsgərimizin nəşinin qaytarmalı olduğunu bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol