• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya azərbaycanlılarının beynəlxalq forumu keçirilib

Dünya azərbaycanlılarının beynəlxalq forumu keçirilib
05.02.2017 12:07
Almaniyanın Köln şəhərində yerləşən «Regen» hotelində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə azərbaycanlıların beynəlxalq Köln forumu keçirilib. 

Forumda Avropada və postsovet olkələrində fəaliyyət göstərən 23 Azərbaycan diaspor təşkilatının Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ictimai-siyasi və elm xadimləri, xarici ölkə təmsilçiləri iştirak ediblər. Tədbirə, həmçinin Almaniyada hazırda iqtidarda olan Xristian Demoktrat Partiyasının millət vəkili Serap Gülər və Koln şəhər bələdiyyəsinin rəhbərliyi Hans Zerner Bartschin başçılığı altında nümayəndə heyəti qatılıb. 

Forum Almaniya və Azərbaycanın dövlət himnlərinin səslənməsi, dünyada terror nəticəsində həyatını itirən insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. 

Forumda Dr. Orhan Aras (Alman Turk Yazarlar birliyinin sədri) "Azərbaycanda alman diasporasının tarixi”, Səfa Yürükəl (Norveç Antrapolog və etnoqraf, terrorizm və soyqrım araşdırmacısı, Türklərə qarşı törədilən soyqırımı Araşdırmalar Vakfının başkanı) "Tarixdən günümüzə qədər soyqrım və terrorizm”, Fatma Aktaş (Hollandiya-Avrasya Fondunun rəhbəri, Hollandiya Xristiyan Demokratlar partiyası nümayəndəsi) "Avropa siyasi həyatında Türk qadını” və Serap Güler (Almaniya Xristiyan Demokratlar Partiyası təmsilçisi, NRW əyaləti millət vəkili) "Beynəlxalq miqrasya siyasəti və mühazcirlərin yaşadıqları ölkələrdə qarşılaşdıqdıqları problemlər” mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında müzakirələr aparılıb. 

Forum adından başda BMT olmaqla bir sıra beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Müraciətlərdə əsasən BMT TŞ-nın Dağlıq Qarabağın qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələrinin icrasının vacibliyi, Azərbaycan və Türkiyə cumhuriyyətlərinin dövlət başçıları İ.Əliyevin və R.T. Ərdoğanın, həmçinin AFR kansleri A.Merkelin terrorizmə qarşı mübarizə istiqamətində atdıqları addımların yüksək qiymətləndirilərək dəstəklənməsi əksini olunub. 

Forum Üzeyir Hacıbəylinin "Koroğlu” operasından üverturanın səslənməsilə öz işini yekunlaşıb. //Azvision.az


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol