Türkiyəli nazir: “Ermənistanla sərhədin açılmasının şərti var”

"Türkiyə Ermənistanla sərhədin qapalı olmasından məyusluq hissi keçirir”.
ANN-nın "biyiksizlar.co” saytına istinadın verdiyi məlumata görə, bu barədə Qarsda keçirilən görüşdə Türkiyənin nəqliyyat, dənizçilik, kommunikasiya naziri Əhməd Arslan deyib.
"Nə yazıq ki, Ermənistanla sərhədimiz bağlıdır. Kaş ki, qapalı olmazdı, amma bunun bir şərti var. Ermənistan Dağlıq Qarabağdakı işğalına son qoyaraq, Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. O zaman oranı da açarıq”, - deyə nazir vurğulayıb.
Nazir Bakı-Tiflis-Qars dəmir yolu layihəsində bir az gecikmə olduğunu, mart-aprel ayında işlərin sürətlənəcəyini və sınaq mərhələsinə keçiləcəyini söyləyib: "İnşallah, bu ilin ortalarında layihə işə düşəcək. Bu, bizim üçün və bölgəmiz üçün çox önəmlidir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























