• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik: Xankəndidə yaralılar çoxdur, ölənlər var…

Polkovnik: Xankəndidə yaralılar çoxdur, ölənlər var…
14.02.2017 12:18
"Azərbaycan ərazilərini işğal edən və hazırda orada bizə qarşı döyüşən Ermənistan silahlı qüvvələridir. Ermənistan əhalisi isə istəmir ki, onların övladları başqa bir dövlətin ərazisində həlak olsunlar”.

ANN.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini və ermənilərin itkilərinin sayını gizlətməyə çalışmasını şərh edərkən deyib.

Polkovnik hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz itkilərinin sayını həmişə gizlədib: "Əvvəlcə onları itkin kimi qələmə verirlər, sonra isə əgər haradasa məlumat sızsa, onda don geyindirib məsələni başqa cür təqdim edirlər. Bəzi erməni mənbələrinin məlumatına görə, Xankəndidə hospitallarda yaralılar çoxdur, ölənlər var, hətta bəzi ağır yaralıları Ermənistana aparırlar. Ordu rəhbərliyi isə itkilərin sayını gizlədir, heç bir açıqlama vermir. Onların itkilərinin sayını dəqiq deyə bilmərəm, ancaq Ermənistan cəmiyyətindəki narahatlıq göstərir ki, ölən və yaralananların sayı rəsmi olaraq göstəriləndən qat-qat çoxdur”.

Hərbi ekspertin fikrincə, Ermənistanda rəhbərlikdən tutmuş adi vətəndaşa kimi hamı bilir ki, Azərbaycan dövləti heç vaxt işğal faktı ilə razılaşmayacaq və Dağlıq Qarabağ da daxil olmaqla o torpaqlar gec-tez azad olunacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol