Dövlət Yol Polisində kadr dəyişikliyi

Polis kapitanı Müşfiq Əliyev Tərtər Rayon Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.
Bakı. 20 fevral. REPORT.AZ/ Rayon Dövlət Yol Polisi bölmələrindən birinə yeni rəis təyinatı olub.
"Report”un xəbərinə görə, polis kapitanı Müşfiq Əliyev Tərtər Rayon Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.
M.Əliyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qəzalar üzrə baş inspektoru vəzifəsində çalışıb. O, 2015-ci ildə mətbuatın gündəmini zəbt edən avtomobil qəzasını araşdıran inspektor olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























