Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti oldu

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Bu barədə ölkə prezidenti sərəncam verib.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
2004-cü il 28 dekabrda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.
2005-ci ildə Azərbaycanda "İlin qadını”, 2014-cü ilin mayında isə "The Business Year” jurnalı tərəfindən "İlin Birinci Xanımı” seçilib.
2010-cu ildə Fransa Respublikasının nüfuzlu "Şərəf Legionu” ordeni ilə təltif edilib.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























