Usubov Təhlükəsizlik Şurasının iclasına niyə qatılmadı?

Daxili işlər naziri Ramil Usubov Almaniyaya gedib. "Qafqazinfo"ya Azərbaycanın Almaniyadakı səfirliyindən daxil olan məlumata görə, nazir bu gün Berlin şəhərində 20-ci Avropa Polis Konqresinin açılış mərasimində iştirak edib.
İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, 20-ci Avropa Polis Konqresinin Almaniya Federativ Respublikasının Daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























