• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədov: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı

Novruz Məmmədov: Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı
22.02.2017 14:30
"200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb”.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu bu gün "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
 
N.Məmmədov bildirib ki, Ermənistanda tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı 1988-ci ildən sonra qovulub, Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində yüz minlərlə insan məcburi köçkün düşüb:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində törədilən əməllər Dağlıq Qarabağda yaşayan ermənilərin rifahı üçün deyildi, bu ərazilərə sahib olmaq niyyətindən qaynaqlanıb. Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub, onlar hətta Xocalıda soyqırımı törətməkdən belə çəkinməyiblər. Bu əməllər 20-ci əsrin ruhuna ziddir, ancaq biz bunları yaşamışıq”.
 
"Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edən Avropa İttifaqı sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Avropa İttifaqı və böyük dövlətlər əsasən öz iqtisadi maraqlarını güdür”,  - deyə N.Məmmədov bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol