• $
  • €
  • ₽
  • ₺
  • £

Generaldan müharibə anonsu

Generaldan müharibə anonsu
23.02.2017 12:18
"Yaxın vaxtlarda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət çox gərginləşəcək. Bu dəfə əməliyyatlar ötən ilin aprelində olduğundan daha genişmiqyaslı olacaq”.

ANN.Az xəbər verir ki, bu barədə milli.az-a hərbi ekspert, general-leytenant Yaşar Aydəmirov son həftələrdə cəbhədə yaranmış vəziyyəti və düşmən qüvvələrinin hərəkətləri barədə əldə edilən kəşfiyyat məlumatlarını şərh edərkən deyib.


Generalın fikrincə, erməni təxribatlarının əsas məqsədi apreldə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi ictimaiyyətin diqqətini yayındırmaqdır:

"Ermənistan iqtidarı öncədən bilir ki, hazırkı şəraitdə onlar seçkilərdə lazımi nəticələri əldə edə bilməyəcək. Ona görə də istəyirlər ki, bu seçkilər, ümumiyyətlə, keçirilməsin. Ona görə də Dağlıq Qarabağ cəbhəsində vəziyyəti süni şəkildə gərginləşdirərək belə bir fikir yaratmaq istəyirlər ki, vəziyyət çox gərgindir, seçkiləri təxirə salmaq lazımdır”.

General Aydəmirovun fikrincə, bütün bunları, eləcə də ermənilərin ötən ilin aprel hadisələrinə görə revanş almaq istəyini də nəzərə alsaq, demək olar ki, bütün hallarda qarşıdakı həftələrdə, bəlkə də günlərdə cəbhədə vəziyyət gərginləşəcək:

"Əgər ermənilər çox təxribat törətmək istəsələr, bizim Silahlı Qüvvələrimiz buna kəskin cavab verəcək. Baxmayaraq erməni silahlı birləşmələri artilleriya sistemlərini və digər iriçaplı texnikanı bizim müdafiənin ön xəttində cəmləşdirirlər, Azərbaycan tərəfi buna görə lazımi sarsıdıcı zərbə endirə biləcək. Əgər aprel döyüşləri ilə müqayisə etsək, bu dəfə əməliyyatlar qısamüddətli olmayacaq. Bu dəfə döyüşlər zaman baxımından daha uzunmüddətli olacaq, eyni zamanda ali baş komandan və ordu rəhbərliyi tərəfindən verilən tapşırıqlar daha da dərinləşdiriləcək, miqyası genişləndiriləcək”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol