• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu məsələni qanla yox, sülhlə həll etmək istəyirik” - Nazir müavini

“Bu məsələni qanla yox, sülhlə həll etmək istəyirik” - Nazir müavini
26.02.2017 11:23
"Xocalı soyqırımını törədən cinayətkarlar indiyə qədər məsuliyyətə cəlb olunmayıblar. Azərbaycanın tarixində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı çox geniş miqyaslı cinayət, soyqırım aktları törədil, bu sözləri Modern.az-a açıqlamasında xarici işlər nazirnin müavini Xələf Xələfov deyib. O bildirib ki, 20-ci əsrin sonunda belə bir cinayətin törədilməsi ağlabatan deyildi.

"Çünki müasir sivilizasiya ən azından bunu məntiqlə qəbul edə bilmirdi. Buna baxmayaraq bu cinayət ermənilər tərəfindən törədildi. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər xronologiyasında ən ağırı idi. Bu, Ermənistan tarixində qara bir ləkədir.

Düşünürəm ki, Erməsitan buna cavab verməli olacaq. Bizim borcumuz ondan ibarətdir ki, bu gün Xocalı soyqırımına təkcə siyasi qiymət vermək yox, həm də onun hüquqi qiymətinin verilməsini təmin edək. Bunun üçün Azərbaycan qurumları öz fəaliyyətini davam etdirməlidir, beynəlxalq qurumlar bu işə cəlb olunmaldır. Bu istiqamətdə araşdırmalar aparılır və düşünürəm ki, beynəlxalq qurumların cəlb olunması ilə bu cinayətə qiymət vermək üçün müəyyən bir hüquqi mexanizm yaradılması mümkündür.

Tanınmış beynəlxalq hüquqsünaslar bu işə cəlb olunmalıdır ki, tribunal vasitəsi ilə bu cinayətkarlar məsuliyyətə cəlb olunsun. Azərbayacan xalqının və dövlətinin buna potensiyalı çatacaq və bu gün inkişaf edən dövlətimizin bu istiqamətdə apardığı işlər son nəticədə Xocalı şəhidlərinin qanını yerdə qoymayacaq, cinayətkarlar cəzalarını alacaq”.

Dünən cəbhədə baş verənlərlə bağlı danışan Xələf Xələfov, bu hadisələri Erməsindən tərəfinin törətdiyi təxribatların seriyası kimi dəyərləndirib.
"Bütün dövrlərdə nə vaxtki danışıqlar prosesi konkret məcraya yönəlir və nə vaxt ki, Ermənistan sülh prosesini davam etdirmək üçün addımlar atmaldır, işğal olunmuş əraziləri boşaltmaldır, onda bu təxribatlar daha da güclənir.

Növbəti təxribatlar Ermənistan tərəfindən danışıqlar prosesini yayındırmaq məqsədi ilə həyata keçirilib, ikinci isə dünya artıq Ermənistanın "şıltaqlığından” doyub, "status-kvo” dəyişməlidir, işğal olunmuş ərazilər azad edilməlidir ki, regionda sülhə nail olunsun.

Ona görə də bu təxribatların sonu yoxdur, bütün dünya ictimaiyyəti də, qonşularımızda yaxşı bilir ki, Azərbaycanın torpaqlarını işğal etmək, ilhaq etmək, onu mənimsəməyə Ermənistanın potensialı yoxdur. Azərbaycan xalqı hər zaman o potensiala malikdir ki, öz torpaqlarını azad etsin. Biz bunu edəcəyik, amma Azərbaycan sülhsevər dövlətdir, biz bu məsələni qan tökməklə yox, sülh yolu ilə həll etmək istəyirik və dünya ictimaiyyətindən tələb edirik ki, Ermənistanın təcavüzkar siyasətinə son qoyması üçün adsımlar atsın. Bu gün dünyada bir çox nümunələr var ki, dövlətlər özü sülhə gəlməyəndə onu sülhə vadar edirlər. Bu gün həmsədrlər, prosesə cəlb olubmuş digər dövlətlər Ermənistanı sülhə vadar etməlidirlər. Vəziyyətin bu cür qalması region üçün çox böyük təhlükədir. Ona görə də məsuliyyəti dərk edən hər bir ölkə Ermənistanın cinayətkar əməllərinə son qoyulmasını tələb etməlidir, ən azı danışıqlar prosesinə yeni implus verilmədir və hadisədə əsas fokus işğal olunmuş ərazilərin azad olunmasına yönəlməlidir. Çünki bu addımlar atılmasa, regionda etimad tədbirləri olmasa, sülhə nail olmaq mümkün deyil. Mən bilirəm və inanıram ki, gec-tez Ermənistan bir dövlət kimi dərk edəcək ki, bu cür avantürist siyasətlə nə dövlətin, nə də millətin gələcəyini təmin etmək mümkündür. Bu regionda sabit, normal yaşamağın, inkişaf prespektvinə nail olmağı yeganə yolu işğal olunmuş ərazilərin azad olunmasından keçir, regionda sülh danışığından keçir, regionda sülh barışığından keçir və etimad tədbirlərinin gücləndirilməsindən keçir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol