• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik Manuxin: "Azərbaycan irəli gedəcək"

Polkovnik Manuxin: "Azərbaycan irəli gedəcək"
28.02.2017 16:20
"Hazır olmalıyıq, Ermənistan hücuma keçəcək"

"Ermənilər cəbhədə vəziyyəti belə gərginləşdirməkdə davam etsələr, bu onlara çox baha başa gələcək. Ən əsası odur ki, ermənilər çoxlu itkilər verəcəklər. Bu itkilər həm canlı qüvvədə, həm də silah və texnikada olacaq. Hətta mənə belə gəlir ki, Azərbaycan ordusu yenə də işğal altındakı torpaqların bir hissəsini də azad edərək irəli gedəcək və müdafiə xəttini nisbətən bərabərləşdirəcək. Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, onların atdığı hər hansı atəş cavabsız qalmayacaq, cavab zərbəsi onlar üçün sarsıdıcı olacaq. 
 




Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında cəbhədə, qoşunların təmas xəttində vəziyyəti süni şəkildə gərginləşdirməsini şərh edərkən deyib.
 




Hərbi ekspert hesab edir, Ermənistan təxribatlar törətməklə güc nümayiş etdirmək istəyir: "Bununla bağlı general Vasyak öz şərhində hər şeyi gözəl izah etmişdi. Fikrimcə, ermənilər Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində güc tətbiq etməklə nümayiş etdirmək istəyirlər ki, baxın, biz belə güclüyük və yenə də belə edə bilərik. Təbii ki, onlar təxribatın ustasıdırlar. Onlar belə işlərlə uzun müddətdir "parlaq şəkildə" məşğul olurlar.

Düzdür, şəhidlərimiz olub, amma ermənilər də cavabını alıblar. Bizim həlak olmuş hər bir insanımıza qarşı onların ən azından 2-3 nəfəri məhv edilir. Yəni onların itkiləri də kifayət qədərdir, sadəcə, onlar bunu gizlətməyi bacarırlar".

General Vasyak: "Ermənistan hərbçilərinə xüsusi tapşırıq verilib"
Polkovnikin fikrincə, ən azından yaxın 2 ay ərzində cəbhədə vəziyyət daha da gərginləşə, ermənilər ötən il itirdiklərinin əvəzini çıxmaq üçün hücuma keçə bilərlər: "Hadisələrin nə dərəcədə təkrarlanacağını və bunu necə edəcəklərini bilmirəm. Amma Ermənistandakı daxili vəziyyəti nəzərə almaq lazımdır. Mənə belə gəlir ki, cəbhədə belə təxribatlar mütəmadi və kifayət qədər çox törədiləcək. Ermənistanda rəhbərlikdə olanlar xalqın fikrini daxili problemlərdən yayındırmaq üçün belə məsələlərdən istifadə etməyə çalışacaqlar. Nəzərə alsaq ki, apreldə Ermənistanda parlament seçkiləri olacaq, deməli, qarşıdakı iki ayda - martda və apreldə cəbhədə vəziyyət gərgin olaraq qalacaq.
 



Hətta düşünürəm ki, onlar ötən ilin aprel əməliyyatlarına görə revanş götürmək, itirdiklərinin əvəzini çıxmaq istəyəcəklər. Biz bilməliyik ki, ermənilər buna çalışırlar və hərtərəfli hazır olmalıyıq. Fikrimcə, bizim buna qarşı durmağa gücümüz var. Bizim Silahlı Qüvvələrimizin gücü çox yüksək səviyyədədir. Ermənilərə cavabımız həm də dünya ictimaiyyətinin buna reaksiyasından da asılı olacaq. Avropa Parlamentində, Avropa İttifaqında, NATO-nun baş katibi deyirlər ki, atəşi dayandırmaq, məsələni sülh yolu ilə həll etmək və s. və i.a. etmək lazımdır. Amma bunun reallıqda tətbiq edilməsinin necə mümkün olacağını bilmirəm. Bax məsələ bundadır. Mənə belə gəlir ki, biz Ermənistan tərəfdən aktiv hərbi əməliyyatların başlanacağına qarşı tam hazırlıq görməliyik".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol