• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir”

Prezident: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir”
28.02.2017 14:00
Dövlət başçısı Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

"Report”un xəbərinə görə, müraciətdə deyilir:

"Hörmətli qurultay nümayəndələri!
Əziz dostlar!

Sizi Avropa Azərbaycanlıları Konqresinin növbəti ali toplantısının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Təqdirəlayiq haldır ki, 2004-cü ildə təsis olunmuş Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparmış, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində uğurlar qazanmışdır.

Müstəqillik illərində Azərbaycanın Avropa dövlətləri ilə siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, xalqımızın zəngin mədəniyyəti qitə dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafında əhəmiyyətli yer tutur. "XXI əsrin müqaviləsi” adlandırılan "Cənub qaz dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələrin təşəbbüskarı və əsas icraçılarından biri olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat infrastrukturunun yaradılmasında müstəsna rol oynayır. Ölkəmiz həm də mədəniyyətlərarası dialoqun, multikulturalizm və tolerantlığın təşviqinə, qlobal humanitar problemlərin həllinə sanballı töhfələr verir, müasir Avropa mədəniyyətinə və dəyərlər sisteminə yeni çalarlar qatır.

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir. Bu günlərdə biz erməni işğalçılarının törətdiyi Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini bir daha dərin hörmətlə yad edirik. Vaxtilə bu qanlı aksiyanı həyata keçirənlər Azərbaycan xalqını sarsıtmaq və mübarizədən çəkindirmək məqsədi güdürdülər. Lakin əminliklə demək olar ki, düşmən öz istəyinə nail ola bilmədi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclü və müasir dövlət qurdu. Ötən ilin aprelində Ermənistanın cəbhə xəttindəki təxribatlarına ordumuzun layiqli cavab verməsi və torpaqlarımızın bir hissəsinin azad edilməsi əyani şəkildə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir.

Lakin müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Əminəm ki, Avropa Azərbaycanlıları Konqresinin bu ali toplantısı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa xidmət edəcəkdir.
Qurultay iştirakçılarına bu yolda nailiyyətlər, Konqresin yeni seçiləcək rəhbər heyətinə ardıcıl və məhsuldar fəaliyyət arzulayıram”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol