Minlərlə naxçıvanlı şəhid zabiti qarşılamağa gedir – FOTOLAR

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna yola salınıb.
ANN.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, şəhid zabiti qarşılamaq üçün Naxçıvan Muxtar Respublikasında böyük izdiham yaşanıb.
Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Ordubad rayonuna yola salınır.
ANN.Az criminal.az-a istinadən xəbər verir ki, hava limanında böyük izdiham yaşanır.
Bakı beynəlxalq aeroportundan Oxu.Az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar şəhidin nəşini aparacaq təyyarə gecikir. Təyyarənin bu gün saat 12:00-da Naxçıvana yola düşəcəyi gözlənilir.
Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Onunla yanaşı digər 4 şəhidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi neytral ərazidən təxliyə edilib.






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























