• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov yeni loqonu seçdi

Vasif Talıbov yeni loqonu seçdi
01.03.2017 11:40
Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.

ANN.Az "Qafqazinfo”ya istinadla xəbər verir ki, NMR-nın Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

Azərbaycan prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanmasıdır. 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunub.

Ali Məclisin sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də islam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib.

Təklif olunan loqotipin "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi kimi qəbul olunduğunu bildirən V.Talıbov müəllif Tapdıq Həmzəyevə pul mükafatı təqdim edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol