Ordumuz qırıcı təyyarələri havaya qaldıra bilər

Ordumuz qırıcı təyyarələri havaya qaldıra bilər
Son günlər cəbhə xəttində yaranan gərginliklər cəmiyyətdə müharibənin olacağı barədə fikirlər formalaşdırıb.
Maraqlıdır, lokal döyüşlər başlayarsa, ordumuz hansı istiqamətlərdə irəliləyəcək?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri öz əməliyyat taktikasını artıq aprel döyüşlərində qismən də olsa göstərdi:
"Azərbaycan Silahlı Qüvvələri müasir döyüş taktikasından istifadə etməklə əməliyyatlar həyata keçirir. Bunlar nədir?
Azərbaycan ordusu artileriya bölmələrindən istifadə etməklə hədəfi məhv etməyə daha çox üstünlük verir. Qarabağ döyüşlərində bu məsələ ilə bağlı danışmaq düzgün deyil. Dağlıq Qarabağ relyefinə görə dağlıq ərazi olduğuna görə, burada əməliyyatların keçirilmə forması müəyyən formada dəyişilə bilər. Ümumilikdə götürdükdə, ordunun atacağı addım daha çox aviasiya və artileriya zərbələri nə üstünlük verməklə həyata keçiriləcək. Bunun ən düzü komandirlərin yerində verəcəyi qərar və atılacağı addımlardır. Amma istənilən halda yerüstü əməliyyatların həyata keçirlməsi üçün piyadaların qüvvəsindən istifadə ediləcək.
Texnika nə qədər inkişaf etsə də, bu praktika hələ də geniş tədbiq olunur. Hətta Rusiya və ABŞ apardıqları hərbi əməliyyatlarda belə aviasiya raket zərbələri ilə yanaşı yerüstü əməliyyatlardan da istifadə edirlər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























