Kimlər əfv olunacaq?

Martda əfv sərəncamı imzalanacağı artıq dəqiqləşib. Martın 17-də dövlətdə axırıncı iş gününün olduğunu nəzərə alsaq, çox qısa zamanda bu sərəncamın şahidi olacağıq. Hazırda müzakirə edilən məsələlərdən biri də bu əfvə siyasilərdən kimlərin düşəcəyi ilə bağlıdır.
"Qafqazinfo” xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, həbsdə olan bir çox siyasi fəal var ki, əfv siyahısında adlarının olması üçün nəzərdə tutulan bütün kriteriyalara cavab verirlər. Onlardan bir neçəsinin adını çəkmək olar; Seymur Həzi, Məmməd İbrahim, Elvin Abdullayev, Asif Yusifli, Zeynalabdin Bağırzadə, NİDA-dan İlkin Rüstəmzadə və Əbdül Əbilov, REAL sədri İlqar Məmmədov və sair. Qarşıda imzalanacaq əfv sərəncamı ilə bu şəxslərin azadlığa buraxılacağına olan ümidlər kifayət qədər çoxdur.
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova əfvə ümid etmədiyini söylədi: "İlqarla keçən həftə görüşdüm. Vəziyyəti yaxşıdır. Əfv barədə bir söz deyə bilmərəm. Elə də böyük ümidimiz yoxdur. Hər il bir neçə siyasi məhbus azad olunur, tək İlqardan başqa. Artıq 4 ildir bu belə davam edir. Ona görə də ümidlərimiz yoxdur”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























